Azərbaycan iqtisadiyyatına 19 milyard manat
2016-cı ildə Azərbaycan iqtisadiyyatına 19,9 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılıb.
BAKU.WS Maliyyə Nazirliyinin saytında dərc olunmuş "Vətəndaşın büdcə bələdçisi" kitabına istinadla bildirir ki, daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 34,8 faiz, xarici investisiyaların payı isə 65,2 faiz həddində gözlənilir.
Cəlb edilən investisiyaların 40,3 faizinin qeyri-neft sektoruna yönəldilməsi proqnozlaşdırılır ki, bu da qeyri-neft sektorunun inkişafına xidmət edəcək. 2016-cı ildə dövlət investisiyaları 6,5 milyard manat olmaqla ümumi investisiyaların 32,7 faizini təşkil edəcək.
BAKU.WS
Oxşar xəbərlər
Dövlət devalvasiyadan neçə milyard qazandı?
"Manatın devalvasiyası dövlət büdcəsinin gəlirləri ilə yanaşı xərclərini də artırdı. Devalvasiyaya nəticəsində büdcənin valyuta ilə planlaşdırılan xərclərinin a...