"Neft 200 dollar olacaq"
"Neft istehsalının azaldılması ilə bağlı Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın əldə etdiyi razılıq 2016-cı il üçün müvəffəqiyyətli qərardır. Belə ki, bu qərar neft sektoruna investisiyaların dayandırılmasına və qiymət sıçrayışına gətirib çıxaracaq".
BAKU.WS-in məlumatına görə, bunu Ekvadorun prezidenti Rafael Korrea söyləyib. Dövlət başçısı bildirib ki, neftin bir barelinin qiyməti orta müddətli perspektivdə 200 dollara qədər bahalaşa bilər.
"İnvestisiyaların dayandırılması neft sektorunu narahat edir. Yüzlərlə buruğun bağlanması və digər amillər ona gətirib çıxaracaq ki, orta müddətli perspektivdə neft sürətlə bahalaşsın", — deyə Korrea əlavə edib.
Xatırladaq ki, bir müddət öncə Rusiya neft istehsalı ilə bağlı Səudiyyə Ərəbistanı, Qətər və Venesuela ilə Dohada görüş keçirib. Görüşdə neft istehsalını müvəqqəti dondurmaq qərarı qəbul edilib. Rusiyalı rəsmilər düşən neft qiymətlərinin yenidən bahalaşması üçün belə bir təşəbbüsə əl atıblar. Əlcəzair, Nigeriya, Ekvador və Omanın energetika nazirləri neft hasilatının həcminin "dondurulması” təşəbbüsünü dəstəkləyib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycandan Putinə neft zərbəsi
Azərbaycan Rusiyanın düşən neft qiymətlərini önləmək üçün əldə etdiyi razılığı dəstəkləməyəcək. BAKU.WS-in məlumatına görə, Rusiya neft istehsalı ilə bağlı Sə...