Nəhəng neft istehsalçılarının görüşü nefti bahalaşdırdı
Dünya birjasında neft yenidən bahalaşıb.
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 (0,84%) dollar artaraq 31,15 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə 0,25 (0,73%) dollar artaraq 34,31 dollar olub.
Qeyd edək ki, neftin qiymətinin cüzi bahalaşmasına Səudiyyə Ərəbistanı və Venesuela rəsmiləri arasında görüş səbəb olub. Hər iki dövlət Əl-Riyadda baş tutan görüşdə neftin qiymətinin istiqrarlı davam etməsi ilə bağlı müzakirələr aparıblar. Məhz bu iclasdan sonra "qara qızıl"ın qiymətində artım müşahidə olunub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşmağa başladı
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliy...