Azərbaycan nefti ucuzlaşmağa başladı
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar azalaraq 29,69 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 32,56 dollar olub.
"Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti isə 1,41 dollar ucuzlaşaraq 34,09 dollara bərabər olub.
Qeyd edək ki, neft son bir neçə gün ərzində bahalaşmağa başlamışdı. Ancaq Çinin iqtisadi göstəriciləri ilə bağlı açıqlanan son hesabat neft qiymətlərinə mənfi təsir edib. Çin iqtisadiyyatında daralma olduğu məlumatı "qara qızıl"ın qiymətinin ucuzlaşmasına gətirib çıxarıb.
Bununla yanaşı, ABŞ-ın həftəlik neft ehtiyyatlarının həcmini açıqlayacaq. Dünyanın ən böyük neft istehlakçısının neft ehtiyyatlarının normadan çox olduğu güman edilir. Məhz bu amil neftin qiymətinin ucuzlaşmasına ciddi təsir edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Neft yenidən ucuzlaşır
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməli...