Neft yenidən ucuzlaşır
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,70 dollar azalaraq 3o,92 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,68 dollar azalaraq 33,56 dollar olub.
Qeyd edək ki, neft son bir neçə gün ərzində bahalaşmağa başlamışdı. Ancaq Çinin iqtisadi göstəriciləri ilə bağlı açıqlanan son hesabat neft qiymətlərinə mənfi təsir edib. Çin iqtisadiyyatında daralma olduğu məlumatı "qara qızıl"ın qiymətinin ucuzlaşmasına gətirib çıxarıb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan üçün şad xəbər: neftin qiyməti üzüyuxarı gedir
Dünya birjalarında neftin qiyməti bahalaşmağa başlayıb. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatları...