Rusiyanın son açıqlaması nefti bahalaşdırdı
Dünya birjalarında neftin qiyməti bahalaşmağa başlayıb.
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,74 dollar artaraq 33,58 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə 1,54 dollar artaraq 34,30 dollar olub.
Qeyd edək ki, son bir gündə neftin bahalaşmasına səbəb Rusiyanın açıqlamaları olub. Rusiya energetika naziri Aleksandr Novak OPEC və digər istehsalçıların xam neftin istehsal həcmi ilə bağlı görüşmək üçün iclas keçirə biləcəyini bildirib. Bu açıqlamadan sonra neft son üç həftənin ən yüksək artımını reallaşdırıb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dünya birjalarında neft ucuzlaşdı
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişin...