Azərbaycan nefti bahalaşdı
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 1,31 dollar bahalaşaraq 37,74 dollar olub.
Londonun İCE ("İnterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti isə 1,25 dollar artaraq 37,70 dollar təşkil edib.
"AzəriLayt” markalı neftin qiymətində də bahalaşma müşahidə edilib. Azərbaycan neftinin bir barrelinin qiyməti 0,54 dollar bahalaşaraq 37,47 dollar təşkil edib.
Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci ildə neftin bir barrelinin qiymətinin 80 dollar olacağını proqnozlaşdırıb. Bu açıqlamadan sonra neftin qiymətində canlanma müşahidə edilib. OPEC bildirir ki, 2020-ci ilədək OPEC üzvü ölkələrin gündəlik hasilatı 1 milyon barrel azalaraq 30,7 milyon barrel olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti bir azca bahalaşdı
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı ne...