Rusiya və OPEC neftin istehsalı ilə bağlı razılığa gəldi
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə Rusiya xam neft hasilatının stabil saxlanılması ilə bağlı razılığa gəliblər.
BAKU.WS xəbər verir ki, bu barədə razılıq Qətərin paytaxtı Dohada keçirilən OPEC-ə üzv bəzi ölkələrin və Rusiyanın enerji nazirlərinin görüşündə əldə olunub.
Dünyanın iki ən böyük neft istehsalçısı olan ölkələrin - Səudiyyə Ərəbistanının neft naziri Əli ibn İbrahim ən-Nuaymi və Rusiyanın energetika naziri Aleksandr Novak hasilatı yanvarın 11-də razılaşdırılan səviyyədə saxlamaq barədə qərar qəbul ediblər.
Qətərin energetika naziri Məhəmməd Saleh əl Səda deyib: "Neft qiymətinin ucuzlaşmasının dünya üçün müsbət təsiri olmadı. OPEC və Rusiya müvəffəqiyyətli bir yığıncaq keçirdi”.
BAKU.WS
Oxşar xəbərlər
Dünyanın ən iri neft istehsalçıları "qara qızıl"ı bahalaşdırmaq üçün toplanacaq
Dünyanın ən iri neft istehsalçıları Qətərin paytaxtı Dohada görüşəcək. BAKU.WS-in məlumatına görə, Səudiyyə Ərəbistanın neft naziri Əli al-Nəimi Rusiya və Ven...