Bütün dünyada dollar, neft və qızıl sürətlə bahalaşmağa başladı

Bütün dünyada dollar, neft və qızıl sürətlə bahalaşmağa başladı
İqtisadiyyat 3430

 

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cennet Yellenin ötən gün açıqlamasından sonra dolların bahalaşması davam edir.

BAKU.WS-in məlumatına görə, ABŞ milli valyutası yenidən digər valyutalar qarşısında möhkəmlənməyə başlayıb. Bununla yanaşı, qlobal bazarlarda qızıl da bahalaşmaqda davam edir. Qızıl dünən son iki ilin ən sərt yüksəlişi ilə bir unsiya üçün 1240 dollara çatıb. 

Neft qiymətlərinin 12 ilin ən aşağı səviyyəsinə düşməsi və mərkəzi bankların dünya iqtisadiyyatına nəzarəti əldən verməsi ilə bağlı narahatlıqlar Asiya bazarlarında zəlzələ effekti yaradıb. Yapon səhimləri 2008-ci ildən bu yana ən aşağı səviyyəyə düşüb. 

Brent nefti dünən 30 dollarda aşağı düşdükdən sonra bu gün 5,2% yüksəlişlə 31,6 dollara çatıb. Texas nefti isə 4,85% artımla 27,48 dollara yüksəlib. Buna səbəb isə Neft İxrac edən Ölkələr Birliyi (OPEC) üzvü olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) açıqlaması olub. BƏƏ-in neft naziri kvotanın azalacağı ilə bağlı açıqlama verdikdən sonra "qara qızıl"ın yenidən bahalaşmağa başlayıb. 

BAKU.WS

Oxşar xəbərlər

Dollar bütün dünyada ucuzlaşmağa başladı

Dollar bütün dünyada ucuzlaşmağa başladı

Yaponiya milli valyutası yen dollar qarşısında bahalaşmağa başlayıb. BAKU.WS-in məlumatına görə, qlobal böyümənin yavaşlamaqda olduğu narahatlığı və bunun nət...

7181 İqtisadiyyat 14:33 09 fevral 2016

Son xəbərlər