Dollar bütün dünyada ucuzlaşmağa başladı

Dollar bütün dünyada ucuzlaşmağa başladı
İqtisadiyyat 7181

 

Yaponiya milli valyutası yen dollar qarşısında bahalaşmağa başlayıb.

BAKU.WS-in məlumatına görə, qlobal böyümənin yavaşlamaqda olduğu narahatlığı və bunun nəticəsində ABŞ Mərkəzi Bankının (FED) dolların uçot dərəcəsini yaxın aylarda artırmayacağı ehtimalı dolların digər valyutalar qarşısında ucuzlaşmasına gətirib çıxarıb. Bir ildən artıq müddətdir ilk dəfə YEN/USD cütlüyü 115 səviyyəsinə yüksəlib.

Yen dollarla yanaşı 31 böyük pul vahidi qarşısında da möhkəmlənib. ABŞ-dan gələn son məlumatlar FED-in faiz artırımı sürətinin yavaş olacağı ehtimallarını gücləndirib.

Treyderlər onsuz da dollar ehtiyyatlarını gördüklərini və daha çox dollara ehtiyac olmadığını deyirlər. Məhz bu amil dollara olan tələbatın kəskin azaldığına əsas verir. ABŞ milli valyutası azalan tələbat fonunda dəyər itirməyə başlayıb. Nyu-York FED sədri Vilyam Dadlinin (William Dudley) dollarla bağlı son bədbin açıqlaması ABŞ milli valyutasının ucuzlaşmasına gətirib çıxarıb.  

BAKU.WS

Son xəbərlər