“HSBC Holdinq”: "Dollar mart ayından ucuzlaşacaq"

“HSBC Holdinq”: Dollar mart ayından ucuzlaşacaq
İqtisadiyyat 2805

 

Böyük Britaniyanın "HSBC Holdinq”i dollarla bağlı proqnozunu açıqlayıb.

BAKU.WS-in məlumatına görə, "HSBC Holdinq” ABŞ milli valyutasının sürətlə bahalaşmasının mart ayında səngiyəcəyini bildirib. Holdinq rəsmiləri hesab edir ki, dollar digər valyutalar qarşısında dəyər itirəcək. 

Proqnoza görə, Yaponiya yeni və Avropanın vahid valyutası dollar qarşısında ən çox möhkəmlənən pul vahidləri olacaq. "Böyük dollar rallisi sona çatdı" deyən "HSBC"in valyuta strategiyası üzrə rəhbəri Devid Blum ABŞ Mərkəzi Bankının (FED) vəziyyətə nəzarəti ələ almağa başladığını bildirib. 

Dollar bu il yen qarşısında 2,2% ucuzlaşaraq 117,55 səviyyəsinə geriləyib. ABŞ valyutası avro qarşısında isə 0,2% dəyər itirərək 1,0883 səviyyəsinə gəlib. Blum ABŞ milli valyutasının yüksəlişinin mart ayında sona çatacağını güman edir. Onun fikrincə, dollar 2016-ci ilin sonunda yen qarşısında 115 səviyyəsinə, avro qarşısında isə 1,20 səviyyəsinə geriləyəcək. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bayramdan sonra dollar yenə bahalaşdı (CƏDVƏL)

Bayramdan sonra dollar yenə bahalaşdı (CƏDVƏL)

Azərbaycanda dollar bahalaşmaqda davam edir. BAKU.WS-in Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən verdiyi məlumata görə, ABŞ dolları manat qarşısında Yeni ildən...

2411 İqtisadiyyat 09:31 05 yanvar 2016

Son xəbərlər