Manat dollar və avro qarşısında bahalaşır (CƏDVƏL)
Valyuta bazarlarında dollar Azərbaycan manatı qarşısında cüzi ucuzlaşıb.
BAKU.WS-in məlumatına görə, ABŞ dolları manat qarşısında səhər saatlarından etibarən möhkəmlənməyə başlasa da, günün ikinci yarısında ucuzlaşıb. Mərkəzi Bankın son açıqladığı məzənnə (1,5540 AZN) sonradan artaraq 1,5656 AZN-ə (0,67%) çatmışdı. Ancaq qısa müddət sonra manat bahalaşaraq dollar qarşısında 1,5575-ə bərabər olub.
Avropanın vahid valyutasının məzənnəsində də dəyişiklik qeydə alınıb. Səhər saatlarında 1 avro 1,7043 AZN-ə bərabər olsa da, sonradan avro bahalaşmağa başlayaraq 1,7057 AZN-ə bərabər olub. Ancaq son məlumatlara görə, manat avro qarşısında da bahalaşır və hazırda 1 avro 1,7031-dir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dollar 1,56 AZN oldu, avro da bahalaşır (CƏDVƏL)
Valyuta bazarlarında dollar Azərbaycan manatı qarşısında bahalaşmaqda davam edir. BAKU.WS-in məlumatına görə, ABŞ dolları manat qarşısında səhər saatlarından...