Azərbaycanda dollar yenə bahalaşdı
Azərbaycanda dollar yenidən bahalaşıb.
BAKU.WS-in Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən verdiyi məlumata görə, ABŞ dolları manat qarşısında bu gün də möhkəmlənib. Dollar 1,5500-dən 1,5511 AZN-ə yüksəlib.
Avropanın vahid valyutasının məzənnəsində də dəyişiklik qeydə alınıb. Avro 1,1685-dən 1,6939 AZN-ə yüksəlib. Rusiya rubli isə əksinə cuzi ucuzlaşaraq 0,0217 AZN-ə bərabər olub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bahalaşma təlaşı: əhali mağazalara hücum çəkir
Azərbaycanda dolların manata nisbətdə 50% bahalaşmasından sonra əhali mağazalara hücum çəkib. BAKU.WS-in məlumatına görə, sabahdan etibarən paytaxt mağazaları...