Dollar və avro bahalaşdı (RƏSMİ)

Dollar və avro bahalaşdı (RƏSMİ)
İqtisadiyyat 1319

 

Azərbaycanda dollar bahalaşmaqda davam edir. 

BAKU.WS-in Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən verdiyi məlumata görə, ABŞ dolları manat qarşısında bu gün də möhkəmlənib. Dollar 1,5511-dən 1,5523 AZN-ə yüksəlib. 

Avropanın vahid valyutasının məzənnəsində də dəyişiklik qeydə alınıb. Avro 1,6939-dan 1,6978 AZN-ə yüksəlib. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Manat bahalaşmağa başladı

Manat bahalaşmağa başladı

Mərkəzi Bankın 21 dekabrda "üzən məzənnə" rejiminə keçməsindən bu yana ilk dəfədir ki, Azərbaycan manatı dollar qarşısında bahalaşmağa başlayıb. BAKU.WS-in mə...

8936 İqtisadiyyat 17:25 22 dekabr 2015

Son xəbərlər