Bayramdan sonra dollar yenə bahalaşdı (CƏDVƏL)
Azərbaycanda dollar bahalaşmaqda davam edir.
BAKU.WS-in Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən verdiyi məlumata görə, ABŞ dolları manat qarşısında Yeni ildən sonra da möhkəmlənməkdədir. Dollar 1,5594-dən 1,5610 AZN-ə yüksəlib.
Avropanın vahid valyutasının məzənnəsində də dəyişiklik qeydə alınıb. Avro dollardan fəqli olaraq manat qarşısında ucuzlaşaraq 1,7046-dan 1,6895 AZN-ə geriləyib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dollar yenə bahalaşdı, avro ucuzlaşdı (RƏSMİ)
Azərbaycanda dollar bahalaşmaqda davam edir. BAKU.WS-in Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən verdiyi məlumata görə, ABŞ dolları manat qarşısında bu gün də...