Ekspertlər dollar almağın ən ideal vaxtını açıqladı

Ekspertlər dollar almağın ən ideal vaxtını açıqladı
İqtisadiyyat 2102

 

Maliyyə analitikləri pulu dollara çevirməyin ən ideal vaxtını açıqlayıb.

BAKU.WS-in məlumatına görə, bu gün rublun rəsmi məzənnəsi Federal Ehtiyyatlar Sisteminin şərhindən asılı olacaq. Rubl adətən bu cür vəziyyətlərdə ucuzlaşır. Amma artıq yeni informasiyanın açıqlanması zamanı gəlir əldə etmək mümkündür. Ancaq bunun üçün tələsmək düzgün deyil.

Ekspertlər hesab edir ki, indi dollar almaq əlverişsizdir. Çünki dekabrda ənənəvi olaraq neftə olan tələbat azalır və "Qara Qızıl"la yanaşı valyutalar da ucuzlaşır. Yeni ildən, daha dəqiq desək, fevral ayından pulunuz dollara çevirmək daha əlverişlidir. 

Xatırladaq ki, Amerika Mərkəzi Bankı (FED) dolların uçot dərəcəsi ilə bağlı həlledici qərarını açıqlayıb. Artıq ABŞ Mərkəzi Bankı Fedin Federal Açıq Bazar Komitəsi dünən gecə faiz artırımı ilə bağlı qərarını rəsmi olaraq bildirib. FED 10 ildən sonra dolların uçot dərəcəsini 0,25% civarında artıraraq 0,50 faizə çatdırıb.  

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

ABŞ-ın dollarla bağlı qərarı hansı ölkələri çökdürəcək?

ABŞ-ın dollarla bağlı qərarı hansı ölkələri çökdürəcək?

Amerika Mərkəzi Bankı (FED) dolların uçot dərəcəsi ilə bağlı həlledici qərarını açıqlamasından sonra bütün gözlər fond birjalarına dikilib. FED-in Federal Açıq...

2787 İqtisadiyyat 09:30 17 dekabr 2015

Son xəbərlər