Manatın taleyi bu gün həll olunacaq
Amerika Mərkəzi Bankı (Fed) dolların uçot dərəcəsi ilə bağlı həlledici qərarı bu gün açıqlayacaq.
BAKU.WS-in məlumatına görə, artıq ABŞ Mərkəzi Bankı Fedin Federal Açıq Bazar Komitəsinin (FOMC) konfransı dünəndən etibarən öz işinə başlayıb. Bu gün isə saat 23: 00-da faiz artırımı ilə bağlı qərar rəsmi olaraq açıqlanacaq.
Dünyanın ən böyük iqtisadiyyatının pul siyasətçiləri bu gün faiz artımı ilə bağlı yekun qərar qəbul edəcək. Ən son 2006-cı ilin iyul ayında dolların uçot dərəcəsini artıran Fed 2008-ci ildəki qlobal maliyyə böhranından bu yana faizi 0-0,25% civarında saxlayır.
ABŞ-ın Mərkəz Bankının (Federal Ehtiyat Sistemi) sədri Canet Yellen dəfələrlə dollarla bağlı siqnallar verərək bazarı faiz artımına hazır olmağa çağırıb. Yellen hesab edir ki, iqtisadiyyatın gələcəyinə inamsızlığın bu qədər yüksək olduğu bir dövrdə faiz artımını təxirə salmaq böyük riskləri də özü ilə gətirəcək:
"Əgər Federal Açıq Bazar Komitəsi (FOMC) normallaşma siyasətini gərəyindən çox təxirə salarsa, iqtisadiyyatın hədəflərimizi ötməməsi üçün ani və sürətli qərar qəbul etmək məcburiyyətində qalarıq. Bu tərz gözlənilməz bir qərar maliyyə bazarların çökməsinə və hətta iqtisadiyyatın səhvən resesyona (makroiqtisadiyyatda ümüm daxili məhsulun ardıcıl olaraq mənfiyə doğru artmasıdır) riskini artırır".
Dolların uçot dərəcəsinin artırılması şübhəsiz ki, qlobal valyuta bazarındakı dəyişikliklərin manata təzyiqini artıracaq. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, manatın cari məzənnəsi müəyyənləşdirilən zaman neftin dünya bazar qiyməti deyil, məhz dollar avro münasibəti nəzərə alınır. Bu ilin fevral ayından Mərkəzi Bank 2 valyutalı səbətdən istifadə edir və artıq avro dollar ilə yanaşı dayanır. Yəni, dünya valyuta bazarında məzənnə dəyişikliyi baş verirsə, artıq manatın dollar kursu sabit qalmır, o da dəyişir.
Mərkəzi Bankın valyuta səbətində dolların payı yenə də çoxdur. Bu isə o deməkdir ki, dolların avroya məzənnə dəyişən zaman ABŞ pulu avropalıların puluna nisbətən buna daha az reaksiya verir. Buna görə də FED-in son qərarı dolların manata təzyiqini artırmaqla yanaşı gələcəkdə dünya bazarında avronun ucuzlaşacağı halda manatın da dollara nisbətən ucuzlaşmasına gətirib çıxaracaq. Məsələyə bu gün aynılıq gələcək. Gözləyək...
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Manatın "öləcəyi" tarix açıqlandı
Amerika Federal Ehtiyatlar Sistemi dolların uçot dərəcəsini artırmağa hazırlaşır. Bu artım Açıq Bazar üzrə Əməliyyatlar Federal Komitəsinin (FOMC) 16 dekabrdakı...