ABŞ-ın dollarla bağlı qərarı hansı ölkələri çökdürəcək?
Amerika Mərkəzi Bankı (FED) dolların uçot dərəcəsi ilə bağlı həlledici qərarını açıqlamasından sonra bütün gözlər fond birjalarına dikilib. FED-in Federal Açıq Bazar Komitəsi dolların uçot dərəcəsini 0,25% civarından artıraraq 0,50 faizə çatdırıb. Mütəxəssislər isə bu tarixi qərarın dünya iqtisadiyyatına təsirindən danışıb.
BAKU.WS-in məlumatına görə, iqtisadçı Aysun Göksu qərarın ardından qızılın qiymətində ciddi dəyişiklik olacağını bildirib. Onun sözlərinə görə, FED-in qərarından sonra qızılın qiyməti bahalaşa bilər. BBC-in iqtisadiyyat redaktoru Andrew Valker isə FED-in qərarını belə şərh edib:
"İnkişaf etməkdə olan iqtisadiyyatlar 15-20 il əvvələ nisbətdə bu cür vəziyyətlərlə indi daha yaxşı reaksiya göstərəcək. Amma, bəzi ölkələrə bu qərar daha çox təsir edə bilər. Xüsusilə, ixracdan çox idxal edən ölkələrdə problemlər artacaq. Dövlət borcu dollarla olan payı çox olan ölkələri də bu qərardan zərər görəcək ölkələr siyahısına daxil etmək olar. Milli valyutaların ucuzlaşması bu borcun ödənişini daha da çətinləşdirir".
Bir digər ekspert Uğur Gürses FED-in 2016-cı ildə faiz dərəcəsini mərhələli şəkildə artıracağını söyləyib. Onun sözlərinə görə, dolların uçot dərəcəsi 1,5%-ə qədər artırıla bilər. Mütəxəssislər hesab edir ki, ABŞ-ın faiz artımı ilə bağlı yekun qərarı iqtisadi vəziyyətin analizindən sonra veriləcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Manat üçün vahiməli xəbər ABŞ-dan gəldi (video)
Amerika Mərkəzi Bankı (FED) dolların uçot dərəcəsi ilə bağlı həlledici qərarını açıqlayıb. BAKU.WS-in məlumatına görə, artıq ABŞ Mərkəzi Bankı Fedin Federal A...