"Qara qızıl" sürətlə ucuzlaşır: Brent nefti 34 dollara düşdü

Qara qızıl sürətlə ucuzlaşır: Brent nefti 34 dollara düşdü
İqtisadiyyat 994

 

Dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşır.

BAKU.WS-in məlumatına görə, Brent markalı neftin bir bareli son 11 il ərzində ən aşağı səviyyəyə düşüb. "Qara qızıl" hazırda dünya bazarında alıcılara 34,97 dollara təklif olunur.

WTI (Texas) neftinin qiyməti də ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas neftinin bir bareli 34,94 dollara qədər geriləyib.

Neftin qiymətinin sürətlə ucuzlaşması dünyanın ən böyük istehlakçı ölkəsi olan ABŞ-ın bu axşam həftəlik neft ehtiyyatlarının həcmini açıqlaması ilə əlaqəlidir. Enerji İnformasiya İdarəsi tərəfindən açıqlanacaq olan rəsmi göstəricilərdə neft ehtiyyatların 500,000 barel artması gözlənilir. Məhz bu səbəbdən neftin qiyməti durmadan ucuzlaşır. 

Analitiklər xam neftin növbəti bir neçə ay ərzində 30 dollara qədər düşəcəyini bildirib. ABŞ ehtiyatları beş ilin orta göstəricisindən 130 milyon barrel daha çoxdur. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Neftin qiyməti ilə bağlı vahiməli xəbər: 20 dollara düşəcək

Neftin qiyməti ilə bağlı vahiməli xəbər: 20 dollara düşəcək

Dünyanın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs”ın əmtəə üzrə direktoru Jeffrey Kurrie 2016-cı ildə neftin qiymətinin 20 dollara qədər ucuzlaşmas...

1192 İqtisadiyyat 17:43 30 dekabr 2015

Son xəbərlər