8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx
Yeniliklərdən dərhal xəbərdar olun
8 Noyabr sadəcə təqvimdə bir gün deyil, xalqımızın sarsılmaz iradəsinin, birliyinin və mübarizliyinin təntənəsidir.
BAKU.WS xatırladır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində yalnız irəli gedən rəşadətli Azərbaycan əsgəri illərlə qəlbində daşıdığı üçrəngli bayrağımızı Şuşa zirvəsinə sancdı.
8 noyabrdan başlayaraq işğaldan azad olunan torpaqlarımız yeni və şanlı bir dövrə qədəm qoydu, əzəli və əbədi sakinlərinin qayıdışı ilə yenidən canlanmağa başladı.
Bu gün polis və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları azad Qarabağda qürurla xidmət aparır, Böyük Qələbənin yaratdığı sabitlik və əmin-amanlığın keşiyində məğrurcasına dayanırlar.
Zəfər Günün Mübarək, Azərbaycan!
Oxşar xəbərlər
Sabah da yağış yağacaq? - Proqnoz
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb...