Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci il ərzində dövlət büdcəsinə 1 mlrd. 604 mln. 514 min manat vəsait ödəyib.

BAKU.WS
  şirkətə istinadən xəbər verir ki, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 93 mln. 481 min manat, yəni 6,2% artıb.

Bundan əlavə, SOCAR hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 172 mln. 469 min manat vəsait ödəyib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 10,6% artım təşkil edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin gəlirliliyinin artması ilə bağlı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarını rəhbər tutuaraq, SOCAR inteqrasiya olunmuş müasir qlobal enerji şirkətinə çevrilməsi və əməliyyat effektivliyinin artırılması istiqamətində son 10 ildə bir çox zəruri islahatlar həyata keçirib, o cümlədən göstərdiyi xidmət və istehsal etdiyi əmtəə növlərini bütün dəyər zənciri üzrə şaxələndirməyə başlayıb.

“Məhz vaxtında görülmüş səmərəliləşdirici tədbirlərin nəticəsidir ki, bazardakı qiymət dalğalanmalarına baxmayaraq, SOCAR-ın gəlirləri və büdcə ödənişləri artan xətt üzrə inkişaf edir. Bu gün Azərbaycanın qlobal brendi SOCAR artıq gəlirlərinin böyük hissəsini xarici ölkələrdə həyata keçirdiyi əməliyyatlardan əldə edir, həmin gəlirləri ölkəmizin rifahı naminə təkrar sərmayə qoyur, dövlət büdcəsinə ödənişlərini ilbəil artırır”.

BAKU.WS