"SOCAR Türkiye" bəzi işçilərin vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

SOCAR Türkiye bəzi işçilərin vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
İqtisadiyyat 1052

 

"SOCAR Türkye" bəzi KİV-də şirkətdə bir sıra şəxslərin tutduğu vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Şirkətdən "Report”a bildirilib ki, "SOCAR Türkiye"də baş verən kadr islahatlarının qardaş ölkədə dövlət çevrilişinə cəhdin ardınca başlanan işdən çıxarılmalar və həbslərlə heç bir əlaqəsi yoxdur.

"Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişi cəhdindən dərhal sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi qardaş ölkəyə dəstəyini ifadə edib. Belə ki, SOCAR prezidenti Rövnəq Abdullayev "Anadolu” agentliyinə müsahibəsində şirkətin Türkiyəyə güvəninin tam olduğunu, bu ölkədəki bütün yatırımlar və layihələrin tam sürəti ilə davam etdiriləcəyini vurğulamışdı. Rövnəq Abdullayev qeyd edib ki, SOCAR Türkiyədə həyata keçirdiyi ümumi məbləği 18 milyard dollardan çox olan və aralarında Avropanın enerji ehtiyacını qarşılayacaq investisiyaların da olduğu layihələri tam gücü ilə, bütün sürəti ilə davam etdirəcək, Türkiyədə özəl sektorun inşa etdiyi ilk Neft Emalı Zavodu olan STAR da 2018-ci ildə tamamlanaraq istehsala başlayacaq”, - "SOCAR Türkiye"dən bildirilib.

Həmçinin qeyd olunub ki, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, "SOCAR Türkiye"nin İdarə Heyətinin sədri Vaqif Əliyev də "Anadolu” agentliyinə açıqlamasında təmsil etdiyi şirkətin Türkiyədə birbaşa və dolayısı ilə 40 min nəfərlik ailəni təmsil etdiyini bildirib: "Vaqif Əliyev qeyd edib ki, logistika sahəsində də Egey bölgəsinin ən böyük konteyner limanı SOCAR tərəfindən çox qısa müddət ərzində istifadəyə veriləcək. Vaqif Əliyev bəyan edib ki, şirkətin Türkiyənin yeganə neft-kimya istehsalçısının "Petkim"dəki fəaliyyəti də qardaş ölkəyə və onun iqtisadiyyatına etibarın simvoludur. Ümumilikdə, SOCAR rəsmiləri öz bəyanatlarında vurğulayıblar ki, hərbi çevriliş cəhdləri bütün demokratik ölkələr üçün qətiyyən qəbuledilməzdir. Şirkət rəsmiləri Türkiyə Respublikası hökuməti və milləti ilə birlik və bərabərlik içində dost və qardaş ölkənin daha böyük uğurlara çatacağına ürəkdən inandıqlarını vurğulayıblar”.

"SOCAR Türkiye" KİV-lərdə şirkətin ixtisarlar aparmasının səbəbləri ilə bağlı dərc edilən xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb: "Bildiyiniz kimi, bu ilin aprel ayında "SOCAR Türkiye" rəhbərliyində dəyişiklik baş verib. Təbii ki, "SOCAR Türkiye"nin yeni rəhbərliyi tərəfindən şirkətin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə işçi heyətdə müəyyən dəyişikliklərin edilməsi gözləniləndir. Bu məsələ qətiyyən başqa formada şərh olunmamalıdır”.

BAKU.WS

Oxşar xəbərlər

Neftçilərin maaşı artırıldı

Neftçilərin maaşı artırıldı

Bu il aprelin 1-dən SOCAR əməkdaşlarının vəzifə maaşları tarif səbətinə uyğun olaraq 10 faiz artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə SOCAR-dan dey...

2842 İqtisadiyyat 20:03 22 aprel 2016

Son xəbərlər