Nazir: "Gələn il SOCAR-a ən azı 100 mln. manat ayrılacaq"

Nazir: Gələn il SOCAR-a ən azı 100 mln. manat ayrılacaq
İqtisadiyyat 1513
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 2018-ci ildə qazma işlərinin aparılması üçün ən azı 100 mln. manat həcmində vəsait ayrılacaq."Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib."Qazma işləri üçün bu il SOCAR-a 100 mln. manat ayrılıb. Növbəti ildə də bundan az olmayan məbləğdə vəsait ayrılması nəzərdə tutulur", - deyə nazir əlavə edib.Bundan başqa, S.Şərifov bildirib ki, növbəti ildə 4 regionda məişət tullantılarının idarə edilməsi layihəsinin həyata keçirilməsinə başlanacaq. Eyni zamanda Bakı şəhərinin də 2 rayonunda tullantı idarəetmə mərkəzlərinin yaradılması nəzərdə tutulur.BAKU.WS

Son xəbərlər