Rövnəq Abdullayev: Azərbaycan OPEC razılaşmasına sadiqdir
21
avq
2017
20:15
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) növbəti illərdə qaz hasilatını artırmağı planlaşdırır.Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bunu “Reuters” agentliyinə müsahibəsində deyib.Onun sözlərinə görə, bir neçə qaz yatağında hasilata başlanması planlaşdırılır ki, bu da lazım olan artmanı təmin etməyə imkan yaradacaq. Başqa sözlə, 2019-cu ildə “Abşeron” yatağının I fazasından 1,5 mlrd. kubmetr qaz, 2022-2023-cü ildə isə II fazadan 5 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur.“Bununla yanaşı, yaxın 3-5 il ərzində SOCAR “Ümid” yatağında iki yeni stasionar dəniz özülünün tikintisini və bu özüllərdən ən azı 8 yeni yüksək hasilatlı quyunun qazılmasını planlaşdırır”, - deyə R.Abdullayev bildirib.SOCAR həmçinin 2018-ci ilin ikinci yarısında “Babək” strukturunda kəşfiyyat qazmasına başlamağı planlaşdırır. “Bütün bunlar sayəsində, növbəti illərdə həm daxili, həm də xarici bazarda satdığımız təbii qazın həcmi ciddi şəkildə artacaq”,- deyə SOCAR prezidenti müsahibəsində vurğulayıb.R. Abdullayev Azərbaycanın OPEC qarşısındakı öhdəliyindən də danışıb. SOCAR prezidenti qeyd edib ki, OPEC ölkələrinin neft hasilatının azaldılması ilə bağlı qərarını Azərbaycan da dəstəkləyir və bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri indiyə qədər yerinə yetirib: “Baxmayaraq ki, bizim neft hasilatımız buna görə cüzi azalıb, amma neft qiymətlərinin yüksəlməsi fonunda satışlardan əldə etdiyimiz gəlir artıb. Azərbaycanın əsas hədəfi milli sərvətimiz olan neftin dəyərindən aşağı qiymətə satılmasının qarşısını almaqdır. Nəticə olaraq, bizim hasilatımız bir qədər azalsa da, neft gəlirlərimiz artıb. Bu da bizim bu istiqamətdə doğru qərar verdiyimizi göstərir”.BAKU.WS
Oxşar xəbərlər
Parlamentdə təbii qazın qiymətinin ucuzlaşdırılması müzakirə olunub
Milli Məclisin bir sıra komitələrində təmsil olunan deputatların iştirakı ilə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. BAKU.WS A...