İpoteka krediti almaq istəyənlərə xoş xəbər - VİDEO
Sosial ipotekanın maliyyələşdirilməsinə dövlət büdcəsindən İpoteka Fonduna gələn il 50 milyon manat ayrılacaq. Məbləğin yarısı sosial mənzillərin tikintisinə, yarısı sosial ipotekaya sərf olunacaq.
BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Eyni məbləğ 2016-cı ilin dövlət büdcəsində yerləşdirilib və 28,2 milyon manatı artıq sosial ipotekaya xərclənib. Gələn il də bu sahəyə həmin həcmdə vəsaitin ayrılması nəzərdə tutulur.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, yaxın gələcəkdə müəllim və həkimlərə də sosial ipoteka veriləcəyi gözlənilir ki, bu da kreditləşmənin əhatə dairəsini genişləndirəcək.
Daha 50 milyon manat isə sosial mənzillərin tikintisi üçün Mənzil İnşaatı Dövlət Agentliyi yanında MIDA MMC-yə ayrılacaq.
Sosial mənzillərin inşasına 2017-ci ildən başlanılacaq.
BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən vacib tapşırıq: nazir əhaliyə şad xəbər verdi
"Azərbaycanda 2017-ci ildə sosial sahəyə ayrılan vəsait artırılacaq". "Report"un Qarabağ bürosu xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri S...