SOCAR Supsa limanından xam neft ixracını dayandırıb
05
sen
2017
19:50
Bu ilin avqust ayında SOCAR tərəfindən Supsa limanından xam neftin ixracı baş tutmayıb.BAKU.WS "APA-Economics"ə istinadən xəbər verir ki, ötən ilin avqust ayında Supsa limanından 87,177 min ton, ötən ay isə 264,489 min ton xam neft ixrac edilib.Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində Supsa limanından 1 mln. 579 min 673 ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 751 ton və ya 0,04% çoxdur.SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.BAKU.WS
Oxşar xəbərlər
Rusiya hərbçiləri Azərbaycanın neft kəmərinin bir hissəsini tutdu
Rusiya hərbçilərinin ötən həftə Cənubi Osetiyadan "sərhədlərin delimitasiyası” adı altında irəliləyərək Azərbaycanın ixrac neft kəməri Bakı-Supsanın bir hissəsi...