Azərbaycan neftdən yarım milyardlıq qazancı necə əldə etdi?

Azərbaycan neftdən yarım milyardlıq qazancı necə əldə etdi?
İqtisadiyyat 1629

 

"OPEC və qeyri-OPEC ölkləri yanvarın yekununa görə hasilatı 1,4 mln bar. azalda biliblər. Nəticədə dünya bazarında brent markalı neftin orta qiyməti noyabrla müqayisədə 22% artıb".

BAKU.WS-in məlumatına görə, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, ötən ilin yanvarı ilə müqayisədə isə Brent markalı neftin orta qiyməti 81% artıb.

Bəs bu tendensiya Azərbaycanın neft gəlirlərinə necə təsir edib?

Mütəxəssis bildirir ki, Azərbaycanda rəsmi açıqlamaya görə, son ay yarımda gündəlik hasilat 41 min barel azalıb: "Yanvar ayında təkcə Azərbaycan neftinin ixracı Ceyhan terminalından 832 min barel azalsa da, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə gəlirləri 58% artaraq $570 mln təşkil edib. Neftin qiymətlərindəki artımdan gələn gəlir $209 mln cıvarında olub".

Qeyd edək ki, ötən ilin yanvar ayının əvvəllərində Brent markalı neftin 1 barreli 37 dollar civarında olub. Ancaq bir il ərzində Brent markalı neft bahalaşaraq 56 dollara qədər bahalaşıb. 

Şahin Həbibov

BAKU.WS

Azərbaycan neftdən yarım milyardlıq qazancı necə əldə etdi?

Oxşar xəbərlər

Neftin 2017-ci il üçün qiyməti neçə olacaq?

Neftin 2017-ci il üçün qiyməti neçə olacaq?

2017-ci ildə "Brent" markalı neftin qiyməti orta hesabla bir barel üçün 58 dollar təşkil edəcək ki, bu da onun cari ildəki qiymətindən 29% çoxdur. "Report" xəb...

1014 İqtisadiyyat 09:17 28 dekabr 2016

Son xəbərlər