Neftin qiyməti 28 dollara düşdü
16
yan
2016
09:47
Dünya bazarında neftin qiyməti artıq üçüncü həftədir ki, öz minimal qiymətini yeniləyir. BAKU.WS RBK-ya istinadən xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiyməti 29 dollardan da aşağı düşüb. Hazırda 1 barrel üçün qiymət 28,89 dollarda qərarlaşıb. Reuters-in məlumatına görə, neft 2015-ci ilin maksimal qiyməti ilə müqayisədə bu il 20 faiz dəyərini itirib. WTI markalı neftin qiymətində də ucuzlaşma var. Hazırda qiymət 5,06 % enib və bu markalı neftin bir barreli 29,65 dollara təklif edilir. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
"Qara qızıl" sürətlə ucuzlaşır: Brent nefti 34 dollara düşdü
Dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşır. BAKU.WS-in məlumatına görə, Brent markalı neftin bir bareli son 11 il ərzində ən aşağı səviyyəyə düşüb. "Qar...