Manatı gözləyən təhlükə: neft sürətlə ucuzlaşır

Manatı gözləyən təhlükə: neft sürətlə ucuzlaşır
İqtisadiyyat 1797

 

"Neft hasilatının məhdudlaşdırılmasını müzakirə edən OPEC gündəlik istehsalı oktyabrda əvvəlki aya nisbətən 240 min barel artıraraq 33.64 milyon barrelə çatdırıb. Nəticədə, sadəcə bu gün dünya bazarında neftin qiyməti 3 faiz aşağı düşüb".

BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qlobal gündəlik hasilat ötən ay sentyabra nisbətən 800 min barel artaraq 97.8 milyon barelə çatıb.

"Artıq "Brent” markalı neftin bir bareli 45 dollardan aşağı təklif edilir. Görünür elə buna görə də, milli valyutanın rəsmi məzənnəsini həftə sonları adətən sabit saxlayan Azərbaycan Mərkəzi Bank bu gün istirahətə manatın kursunu azaldaraq getdi".

Qeyd edək ki, Azərbaycana daxil olan dollar valyutasının böyük bir qismi neftin payına düşür. "Qara qızıl"ın dünya bazarında ucuzlaşması ilə ölkəyə dail olan ABŞ valyutasının azalmasına və nəticədə dollara olan tələbatın təklifi üstələməsinə səbəb olur. Bununlada milli valyutamız dollar qarşısında ucuzlaşır. Bu prosesin ilin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Naftlə bağlı bədbin proqnoz: "Post-neft dövrü başlayır"

Naftlə bağlı bədbin proqnoz: "Post-neft dövrü başlayır"

"Neftin dünya bazar qiymətinin necə dəyişəcəyi qlobal gündəmi zəbt etməkdədir. Qlobal tələb-təklif ilə bağlı statistika tarazlıqdan xəbər versə də bazarda dayan...

2232 İqtisadiyyat 11:08 26 oktyabr 2016

Son xəbərlər