Neft sürətlə bahalaşır
07
mar
2016
10:07
Dünya bazarlarında xam neftin qiyməti artmaqda davam edir.
BAKU.WS-in məlumatına görə, WTI markalı xam neftin qiyməti 0,69 dollar (1,92%) artaraq 36,61 dollar/barel təşkil edib. "Brent" markalı neftin qiyməti isə 0,76 dollar və ya 1,96% bahalaşaraq 39,48 dollar/barelə bərabər olub.
Neftin qiymətinin bahalaşması ABŞ-da açıqlanan həftəlik neft ehtiyyatları statistikasının azalacağı ehtimalından sonra baş verib. Bununla yanaşı, Neft istehsal edən ölkələrin hasilatın dondurulması ilə bağlı verdiyi qərarlar "qara qızıl"ın dünya bazarında yenidən dəyər qazanmasına səbəb olub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti 2 dollar bahalaşdı
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti...