Neftin 2017-ci il üçün qiyməti neçə olacaq?

Neftin 2017-ci il üçün qiyməti neçə olacaq?
İqtisadiyyat 1003

2017-ci ildə "Brent" markalı neftin qiyməti orta hesabla bir barel üçün 58 dollar təşkil edəcək ki, bu da onun cari ildəki qiymətindən 29% çoxdur.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin 24 analitik arasında apardığı sorğunun nəticələri deməyə əsas verir.

Analitiklər qeyd edirlər ki, bu artım, o cümlədən gözlənildiyi kimi OPEC-in hasilatın azaldılmasına dair qərarı ilə də şərtlənəcək.

"Brent" markalı neftin orta proqnoz qiyməti I rübdə bir barelə görə 53 dollar, II rübdə 56 dollar təşkil edəcək. WTI, ehtimal edildiyi kimi, bir barelə görə 1,4 dollar ucuz olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Neftin qiyməti bahalaşdı

Neftin qiyməti bahalaşdı

"Brent" markalı neftin fevral fyuçersləri bir barelə görə 54,33 dollara qədər artıb. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, dekabrın 11-i saat 10:12-y...

1485 İqtisadiyyat 12:28 11 dekabr 2016

Son xəbərlər