Uitkoffun təyyarəsi birbaşa ABŞ-yə yola düşüb
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun olduğu təyyarə Avropada dayanmayaraq Amerika istiqamətində uçuşu davam etdirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Flightradar24" portalının məlumatlarına istinadən "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, 07:00-dan (Bakı vaxtı) sonra Uitkoffun "Bombardier Global 7500" təyyarrəsi İslandiyanın hava məkanını tərk edərək Şimali Amerika istiqamətinə doğru uçub.
Ötən gün Kremldə Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner arasında danışıqlar başa çatıb.
Tərəflər Amerika sülh planı üzrə kompromis tapa bilməyiblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, əsas anlaşmazlıq mövzusu hələ də ərazi məsələsidir, baxmayaraq ki, amerikalıların bəzi təklifləri təxminən qənaətbəxş görünür. ABŞ və Rusiya nümayəndələri söhbətin detalları barədə məlumat verməmək barədə razılığa gəliblər.
Görüşdə, həmçinin, Rusiya prezidentinin investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edib və danışıqları məhsuldar adlandırıb.
Oxşar xəbərlər
Ukraynada mer şəhər şurasının katibini döyüb
Ukraynanın Kiyev vilayətinin Vasilkov şəhərinin meri şəhər şurasının katibini döyüb. BAKU.WS xəbər verir ki, bu barədə Vasilkov şəhər şurasının katibi Boqdan Şe...