Türkiyənin "C-130" təyyarəsinin hissələri Kayseridə tədqiq ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" tipli hərbi nəqliyyat təyyarəsinin qalıqları araşdırmaların tamamlanmasının ardından Kayseriyə göndəriləcək.
BAKU.WS "Yeni Şafak"a istinadla xəbər verir ki, hadisə yerində Türkiyə və Gürcüstan müvafiq qurumlarının əməkdaşları tərəfindən genişmiqyaslı istintaq aparılır.
İlkin mərhələ bitdikdən sonra təyyarənin hissələri Kayseridəki hərbi bazaya köçürüləcək və orada texniki təhlil və ekspertiza həyata keçiriləcək.
Xatırladaq ki, faciə nəticəsində təyyarədə olan bütün 20 hərbçi şəhid olub. Onlardan 19-nun cəsədi artıq tapılıb.
Bundan əvvəl, noyabrın 12-si gecə saatlarında qəza baş verən təyyarənin qara qutusu Türkiyəyə aparılıb.
Oxşar xəbərlər
Rusiyada 13 nəfərin olduğu təyyarə yerə çırpıldı: Ölənlər var
Rusiyanın Kemerovo vilayətində 13 nəfərin olduğu An-12 tipli təyyarə qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı üç nəfər ölüb. BAKU.WS xəbər...