Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
14
noy
2025
10:28
Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus hərbi yük təyyarəsində şəhid olan 20 hərbçi ilə bağlı Ankarada vida mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, mərasimdə Türkiyənin Milli Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri də iştirak edirlər.
Xatırladaq ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinin "C130" tipli təyyarəsi qəzaya uğramışdı. Təyyarənin qalıqları Xolaqiri monastırına yaxın, sərt yamaclarda yerli sakinlər tərəfindən tapılmışdı.
Qəza nəticəsində təyyarədə olan 20 türk hərbçisi şəhid olmuşdu.
Oxşar xəbərlər
Hollivudu yasa boğan FACİƏ: Venn Alton Devis həyatını itirib
"The Marvelous Mrs. Maisel" serialındakı rolu ilə tanınan amerikalı aktrisa Venn Alton Devis Nyu-Yorkun Manhattan bölgəsində baş verən bədbəxt hadisə nəticəsind...