Təyyarə qəzasında oğlunu itirən ataya xəbəri belə verdilər: "Osman əmi, sən artıq şəhid atasısan"
Azərbaycandan Türkiyəyə yola düşən C-130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində şəhid olan Təyyarə Təmiri Qərargahının çavuşu, 37 yaşlı Əmrah Kuranın ölüm xəbəri Muğlanın Milas rayonundakı ata evinə çatıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhidlik xəbərini çatdıran əsgər "Osman əmi, sən artıq şəhid atasısan" deyib və bundan sonra baş verənlər ürəkləri dağlayıb.
Belə ki, hərbi nümayəndə heyəti Azərbaycandan Türkiyəyə qayıdan Təyyarə Təmiri Qərargahının çavuşu Əmrah Kuranın Muğlanın Milas rayonundakı ata evinə gəlib. Kuranın atası Osman Kuran və anası Hüriyyə Kurana onun şəhidliyi xəbər verilib.
Şəhidin ata evinin yerləşdiyi küçədə Türkiyə bayrağı asılıb. Qohumları və qonşuları başsağlığı vermək üçün şəhidin ata evinə axın etdilər.
Qeyd edək ki, şəhid, baş çavuş Emrah Kuran evli olub və onun üç övladı var.
Qalereya
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...