Məşhur reperə autizm diaqnozu qoyuldu
Məşhur reper Kanye Westə autizm diaqnozu qoyulub.
BAKU.WS xəbər verir ki, bu barədə reper özü bildirib.
"The Download" adlı layihəyə qonaq olan Kanye həyat yoldaşı Biankanın ona müğənni Castin Biberin həkiminə getməyi məsləhət gördüyünü deyib.
"Həkim məndə bipolar (iki duyğu dəyişikliyini ifadə edən psixoloji vəziyyət) olduğunu bildirdi. Daha əvvəl də məndə bu halı müşahidə etdiyini vurğuladı" - deyə Kanye qeyd edib.
O insanların ona yardım məqsədilə ona yanaşdığını, lakin tam tərsini etmək istədiyini bildirib.
Sonda isə reper "Dünyaya bəxş etdiyim tək şey yaradıcılığımdır. Yaradıcılığımı qoruduğum müddətdə bu yüksəlişə dəyər" sözlərini söyləyib.
Oxşar xəbərlər
Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar
Britaniyanın keçmiş baş naziri Boris Conson və bir sıra avropalı siyasətçi və diplomat Ukrayna ilə Polşa sərhədi yaxınlığında pilotsuz uçuş aparatının hücumun...