Məşhur ifaçı yasa büründü - Şəhid hərbçilərlə daha əvvəl eyni təyyarədə uçubmuş...

Məşhur ifaçı yasa büründü - Şəhid hərbçilərlə daha əvvəl eyni təyyarədə uçubmuş...
Foto
Dünya 176

Tanınmış rok ifaçısı Hayko Çepkin Azərbaycandan Türkiyəyə yola düşən hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində həlak olan hərbçiləri ilə eyni təyyarədə uçduğunu açıqlayıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

Sənətçi keçmişdə şəhid olan əsgərlərlə eyni təyyarədə uçmaq imkanına sahib olduğunu qeyd edərək deyib:

"Türkiyə rekord sınaqları zamanı birlikdə uçduğumuz hərbçilərin vəfat xəbəri hamımızı dərindən sarsıtdı. Söz tapmaq çətindir… Çox kədərləndik. Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun. Millətimizin başı sağ olsun. Onları sevənlərə və ailələrinə səbr diləyirəm".

Məşhur ifaçı yasa büründü - Şəhid hərbçilərlə daha əvvəl eyni təyyarədə uçubmuş...

Qeyd edək ki, təyyarə qəzası ötən gün baş verib. Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib.

Bundan başqa Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Son xəbərlər