İran vurulan ABŞ raketlərinin fraqmentlərini tədqiq edir
İranda vurulan ABŞ raketlərinin fraqmentləri onların texnologiyasından istifadə etmək üçün öyrəniləcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfiqari sosial şəbəkə hesabında məlumat verib.
"Ələ keçirilən ABŞ raketlərinin fraqmentləri ətraflı texniki təhlil və əks mühəndislik üçün mütəxəssislərə təhvil verilir. İran uzun illər ərzində öz PUA-larını yaratmaq üçün əks mühəndislik metodundan istifadə edib. O cümlədən vurulmuş və ya ələ keçirilən ABŞ pilotsuz uçuş aparatları fəal şəkildə öyrənilir", - deyə ordu rəsmisi bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Oxşar xəbərlər
BƏƏ İranla əlaqəli cinayətkar qrupu ifşa edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təhlükəsizlik qüvvələri İranla əlaqəli terror qrupunu ifşa edib və onun üzvlərini milli birliyi sarsıtmağa yönəlmiş əməliyya...