İran suda yerləşən neft-qaz yataqlarının kəşfiyyatını bərpa etmək istəyir
06
apr
2025
02:48
Bu il İran Fars körfəzindəki neft-qaz yataqlarının axtarışını bərpa etməyi planlaşdırır.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Mehr" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu işlə İran Milli Neft Şirkəti (NIOC) məşğul olacaq.
İran suda yerləşən yataqların kəşfiyyatını 2019-cu ildə dəniz qazma qurğularının çatışmazlığı səbəbindən dayandırıb. İndi isə qonşu ölkə lazımi avadanlığın təchizatçısını tapıb.
Oxşar xəbərlər
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir
İran qonşu ölkələr və Yaxın Şərq respublikaları ilə yaxşı münasibətlər istəyir və Misirlə heç bir ixtilafın olmadığını bildirir. BAKU.WS "Report"a istinadən xəb...