Denver hava limanında təyyarə adam vurub
"Frontier Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Denver Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında bir şəxsi vurub, bu səbəbdən ekipaj uçuşu təxirə salmaq məcburiyyətində qalıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi məlumat verib.
Hadisənin ardınca təyyarənin salonunda tüstülənmə qeydə alınıb və pilotlar hərəkəti dayandırıblar. Təhlükəsizlik məqsədilə sərnişinlərin doldurulma trap vasitəsilə təcili təxliyəsi həyata keçirilib.
Hava limanı rəhbərliyinin məlumatına görə, hava gəmisinin mühərrikində qısamüddətli yanğın baş verib və alov yanğınsöndürmə briqadası tərəfindən dərhal söndürülüb.
"Frontier Airlines" şirkəti aeroport rəhbərliyi, eləcə də digər müvafiq təhlükəsizlik orqanları ilə birgə hadisənin təfərrüatını araşdırdığını bəyan edib.
Qeyd edək ki, Denverdən Los-Ancelesə uçmalı olan "Airbus A321"-də 224 sərnişin və 7 ekipaj üzvü olub.
Oxşar xəbərlər
Bir sıra Aİ ölkəsi hantavirusun yayıldığı kruiz gəmisindəki sərnişinlər üçün təyyarə göndərəcək
Almaniya, Fransa, Belçika, İrlandiya və Niderland İspaniyaya gedən və göyərtəsində hantavirus epidemiyasının baş verdiyi kruiz gəmisindən vətəndaşlarının təxliy...