Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı araşdırma başa çatıb
24
noy
2025
14:10
Azərbaycan-Gürcüstan sərhədində qəzaya düşən Türkiyəyə məxsus "C-130" tipli hərbi yük təyyarəsinin qalıqları üzərində aparılan araşdırmalar yekunlaşıb.
BAKU.WS-in İHA-ya istinadən məlumatına görə, hadisə yerində çalışan xüsusi qrup öz missiyasını tamamlayaraq Türkiyəyə geri dönüb.
Bildirilib ki, araşdırmalar zamanı qəza ilə bağlı bir sıra mühüm detallar müəyyən edilib.
Noyabrın 11-də baş verən aviasiya qəzasına dair ətraflı təhlil üçün zəruri olan təyyarə hissələrinin Kayseridə yerləşən 2-ci Hava Texniki Xidmət Zavoduna daşınması prosesi isə davam etdirilir.
Oxşar xəbərlər
Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". BAKU.WS Oxu.az-a istinadən xəbər veri...