SİZİN REKLAM BURADA!
055 213 76 73


Sankt-Peterburq şəhərinin Oktyabr rayon məhkəməsi "Azərbaycan mafiyasının" rəhbəri Tural Məmmədovun barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Məmmədov və müdafiə tərəfi həbs qətimkan tədbirinin uzadılmasına etiraz edərək ev dustaqlığı istəyib.

Qeyd edək ki, Sankt-Peterburq sakinlərinə hücumları ilə tanınan "Azərbaycan mafiyası"nın rəhbəri Tural Məmmədov Azərbaycanda saxlanılıb.

Dekabrın 22-də Sankt-Peterburqa ekstradisiya edilib.

"Mafiya"nın üzvü olan bloqqerlər sosial şəbəkələrdə Sankt-Peterburq sakinlərinə hücum edərək onları döydükləri videoları sayəsində məşhurlaşıblar. Bu döyülmələr nəticəsində cinayət işi açılıb.

BAKU.WS