Azərbaycan qalmaqallı bloger Tural Məmmədovu Rusiyaya ekstradisiya edib

Azərbaycan qalmaqallı bloger Tural Məmmədovu Rusiyaya ekstradisiya edib
Siyasət 0

Azərbaycan hakimiyyəti Sankt-Peterburq sakinlərinə hücum edən cinayətkar qrupla bağlı cinayət işində iştirak edən Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.

Bu barədə Lenta.ru məlumat yayıb.

Ekstradisiya barədə qərar Rusiya tərəfinin müraciəti əsasında qəbul edilib. Məmmədov xuliqanlıq və zor tətbiq etməklə milli zəminində nifrət və düşmənçiliyin salınmasında ittiham olunur. O həmçinin özlərini "Azərbaycan mafiyası" adlandıran dəstəyə başçılıq etməkdə günahlandırılır.

İstintaqın məlumatına görə, oktyabrın 15-də o, digər şəxslərlə ilə birlikdə Sankt-Peterburqda ticarət və əyləncə mərkəzinin yaxınlığında yoldan keçən şəxsləri döyüb. Hücum edənlər baş verənləri lentə alaraq internetə yerləşdiriblər. İyun ayında xuliqanlar tərəfindən iki gəncə qarşı daha bir cinayət törədilib.

Qrupun bir neçə üzvü tutulduqdan sonra Məmmədov hüquq-mühafizə orqanlarından gizlənib. Onun barəsində məhkəmə qiyabi həbs qətimkan tədbiri seçib.

Son xəbərlər