Duqinin qızını öldürməkdə təqsirləndirilən şəxs İnterpolla axtarışa verildi - FOTO
Rusiyanın Basmannı rayon məhkəməsi filosof və publisist Aleksandr Duqinin qızı Daria Duqinanı qətlə yetirməkdə ittiham olunan Natalya Vovku qiyabi həbs edib.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Natalya Vovkun həbsini Rusiya İstintaq Komitəsi istəyib.
Məhkəmə istintaqın vəsatətini təmin edib və Vovk barəsində həbs və ya ekstradisiya edildiyi andan iki ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçib.
Bildirilir ki, Vovk Rusiyanı Daria Duqinanın qətlə yetirməsindən sonra tərk edib. Onun Estoniya ərazisinə qaçdığı deyilir.
Qeyd edək ki, jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində hərəkətdə olarkən partladılıb.
Qalereya
Oxşar xəbərlər
Putinin ideoloquna qarşı sui-qəsdi görün kimlər hazırlayıbmış - FOTO/VİDEO
Rusiyalı filosof, siyasi analitik və ictimai xadim Aleksandr Duqinə qarşı ötən gün sui-qəsd hazırlanıb. Prezident Vladimir Putinin ideoloqu sayılan Duqin bu sui...