Putinin ideoloquna qarşı sui-qəsdi görün kimlər hazırlayıbmış - FOTO/VİDEO
Rusiyalı filosof, siyasi analitik və ictimai xadim Aleksandr Duqinə qarşı ötən gün sui-qəsd hazırlanıb. Prezident Vladimir Putinin ideoloqu sayılan Duqin bu sui-qəsddən sağ çıxmağı bacarsa da, qızı Darya Duqina həyatını itirib.
BAKU.WS xəbər verir ki, Rusiyanın tanınmış politoluquna qarşı hazırlanmış hücumu həyata keçirən şəxslərin kimlər olması üzə çıxıb.
Əsas hədəf Duqin olsa da öz avtomobilindən son anda istifadə etməməsi onun sağ qalması ilə nəticələnb.
Hücuma görə məsuliyyəti Rusiyada fəaliyyət göstərən "Milli Respublika Ordusu" öz üzərinə götürüb. Qruplaşma öz manifestində müharibə tərəfdarlarına və Putinə qarşı müharibə elan etdiklərini açıqlayıb. Bildirilir ki, "Milli Respublika Ordusu" ölkədə müxaliflərdən ibarət hərbi birləşmə kimi fəaliyyət göstərir və Rusiya bəzi silahlı hücumlar təşkil edib.
Qeyd edək ki, Aleksandr Duqin şənbə günü Moskva yaxınlığındakı Zaxarovada keçirilən ədəbiyyat və musiqi festivalına müavini və mətbuat katibi işləyən qızı Darya Duqina ilə qatılıb. Festivalın proqramına uyğun olaraq Duqin “Ənənə və tarix” mövzusunda mühazirə oxuyub.
Festivalın digər iştirakçısı, skripkaçı Peter Lundstrem bildirib ki, Duqinin qızı ilə Moskvaya öz şəxsi avtomobili ilə getməsi gözlənildiyi halda, o, maşınını qızına verib və başqa nəqliyyat vasitəsilə Moskvaya qayıdıb.
Darya Duqina tək idarə etdiyi avtomobildə partlayış Zaxarovadan 3 kilometr aralıda və yerli saatla saat 21:30 radələrində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, partlayışın təsiri ilə avtomobil yol kənarındakı binaya çırpılaraq alovlanmağa başlayıb. 30 yaşlı Duqina avtomobildə yanaraq faciəvi şəkildə həyatını itirib.
Məlumat üçün bildirək ki, Aleksandr Duqinin qızı, 30 yaşlı Darya Duqina 2015-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini bitirmişdi. Jurnalist kimi də tanınan Duqina “Beynəlxalq Avrasiya Hərəkatı” qeyri-hökumət təşkilatında siyasi müşahidəçi kimi fəaliyyət göstərirdi. O, Rusiyanın nəzarətində olan Ukraynanın Mariupol şəhərinə də getmiş və araşdırmalar aparmşdı. İngiltərə Xarici İşlər Nazirliyi onu iyulun əvvəlində sanksiya tətbiq edilən şəxslər siyahısına salmışdı.
Oxşar xəbərlər
Aleksandr Duqinin qızı avtomobilinin partlaması nəticəsində ölüb - VİDEO
Rusiyanın Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobil partlayıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, avtomobildə Beynəlxalq Avrasiy...