KİV: "İsveç PKK-nın 10 terrorçusunun olduğu ekstradisiya siyahısını hazırlayıb"
İsveç Türkiyəyə ekstradisiya üçün PKK-nın 10 üzvündən ibarət siyahı hazırlayıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Türkiyə İsveç və Finlandiyanın hakimiyyət orqanlarına ekstradisiya tələblərini xatırladan məktub göndərib. PKK və FETÖ-nün 33 üzvü sorğulara daxil edilib.
Məlumata görə, İsveç hökuməti 2019-2022-ci illər arasında Türkiyənin 16 ekstradisiya ərizəsindən üçünü təsdiqləyib, lakin bu proses Üçtərəfli Təhlükəsizlik Memorandumu imzalandıqdan sonra sürətlənib.
“İsveç mətbuatı yazır ki, ölkənin təhlükəsizlik xidməti PKK-nın 10 üzvünün siyahısını hazırlayıb. Xəbərə görə, bu siyahı Türkiyənin ekstradisiya tələblərini təmin etmək üçün istifadə oluna bilər”, - deyə telekanal aydınlıq gətirir.
Qeyd olunub ki, İsveç qanunlarına əsasən, ekstradisiyanı tələb edən ölkə cinayətkarla bağlı sənədləri İsveç Ədliyyə Nazirliyinə, o da öz növbəsində prokurorluğa göndərməlidir. Prokurorluq öz rəyini hökumətə təqdim etdikdə İsveç hakimiyyəti ekstradisiya sorğusu ilə bağlı qərar verəcək. Eyni zamanda, ekstradisiyası tələb olunan şəxsin bu qərardan Ali Məhkəməyə şikayət etmək hüququ var.
Oxşar xəbərlər
Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək
Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək. BAKU.WS bu barədə “report” istinadən xəbər verir. Məlumata görə, Türkiyə-Azərbayc...