Ərdoğan Stoltenberqlə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini müzakirə etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük istəyi müzakirə olunub.
Görüş zamanı Ərdoğan İsveç və Finlandiyanın üzvlük tələblərinə dair Türkiyənin təhlükəsizliklə bağlı narahatlığının ədalətli və qanuni əsaslara söykəndiyini qeyd edib.
Prezident vurğulayıb ki, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları qaldırdıqlarını və müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə bildirməlidirlər.
NATO-nun baş katibi Stoltenberq də mühüm müttəfiqi olan Türkiyənin gözləntilərinin qarşılanmasının vacibliyinə diqqət çəkib.
Oxşar xəbərlər
Yens Stoltenberq daha 1 il NATO baş katibi olacaq
NATO baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 1 il uzadılıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb. Qərar NA...