Yens Stoltenberq daha 1 il NATO baş katibi olacaq
NATO baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 1 il uzadılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.
Qərar NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında qəbul olunub.
“NATO dövlət və hökumət başçılarının Baş katiblik müddətimizi 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına görə şərəf duyuram. Biz ciddi böhranla üzləşmişik. Ona görə də Alyansımızı güclü saxlamalı və xalqımızın təhlükəsizliyini qorumaq naminə birləşmişik”, - Y.Stoltenberq bildirib.
Qeyd edək ki, 1959-cu il təvəllüdlü Y.Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Onun mandatı 2017-2019-cu illərdə 2 dəfə uzadılıb. Norveçli diplomatın NATO Baş katibi kimi səlahiyyət müddəti 2022-ci ilin sentyabrın 30-da başa çatır.
Oxşar xəbərlər
NATO müdafiə planını işə saldı, okeanın iki tərəfində qoşun yerləşdirdi
NATO müdafiə planlarını aktivləşdirmək barədə qərar qəbul edib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Alyansın tviter səhifəsində bildirilib. NA...