NATO müdafiə planını işə saldı, okeanın iki tərəfində qoşun yerləşdirdi
NATO müdafiə planlarını aktivləşdirmək barədə qərar qəbul edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Alyansın tviter səhifəsində bildirilib.
NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında deyib ki, yeni qərar NATO-nu qorumaq məqsədilə verilib.
“NATO müttəfiqlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidlərə dözüm nümayiş etdirməyəcək. Biz Alyansı qorumaq üçün müdafiə planlarımızı aktivləşdirmişik, hazırlıqlarımızı gücləndirmişik və Atlantik okeanının hər 2 tərəfinə qoşun yerləşdirmişik”, - hərbi ittifaqın lideri vurğulayıb.
Oxşar xəbərlər
Stoltenberq: “NATO Ukraynanın alyansa üzvlüklə bağlı istənilən qərarına hörmətlə yanaşır”
“NATO yeni üzvlərin qəbulu üçün açıq olaraq qalır və Ukraynanın alyansa daxil olub-olmaması ilə bağlı istənilən qərarına hörmətlə yanaşacaq”. BAKU.WS “Report”a...