ABŞ qərar verdi: Bu 4 Avropa ölkəsinə “Patriot” yerləşdirir

ABŞ qərar verdi: Bu 4 Avropa ölkəsinə “Patriot” yerləşdirir
Siyasət 315

Rusiyanın Ukraynanı işğalı və Belarusla hərbi inteqrasiyası Avropa qitəsində yeni təhlükəsizlik reallığı yaradır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata açıqlamasında deyib. O bildirib ki, NATO-nun hərbi duruşu bu yeni reallığa uyğunlaşdırılmalıdır.

Yens Stoltenberq xatırladıb ki, hazırda bütün alyans boyunca yüksək həyəcan vəziyyətinə gətirilmiş sayı yüz minlərlə olan NATO qüvvələri var.

“ABŞ-ın Avropada 100 min hərbçisi var. NATO-nun birbaşa əmrində olan və əsasən alyansın şərq hissəsində yerləşən, önəmli aviasiya və naviqasiya gücünə, eləcə də hava hücumundan müdafiə sistemlərinə arxalanan 40 minlik qoşun var. Hazırda ABŞ Polşa, Almaniya, Niderland və Slovakiyaya “Patriot” batareyaları yerləşdirir. Bütün bunlar mesajdır. Yəni müttəfiqlərdən hər hansı birinə hücum bütün alyans tərəfindən qətiyyətli cavabla üzləşəcək”, - Stoltenberq qeyd edib.

Son xəbərlər